Qida və içkilər İsmayıl İ. 764

Qənnadı sexin açılması və inkişafı: Kuzina qənnadı məmulatlar şəbəkəsi

İsmayıl İ.
31-Yanvar-2023

Qənnadı sexin açılması və inkişafı: Erik Şoqren təcrübəsi, Kuzina qənnadı məmulatlar şəbəkəsi. 

Kuzina qənnadı məmulatlar şəbəkəsinin yaradıcısı Erik Şoqren, Rusiyada xüsusi biznesin – qənnadı məmulatlar şəbəkəsinin inkişafı və şəxsi peşəkar kəşflər təcrübəsi ilə paylaşır və yeni başlayan sahibkarlara məsləhət verir və biznes – istiqamətin seçimi zamanı buna ilk nəvbədə diqqət yetirilməsi vacibdir.

Rusiyaya səfər və ilk restoran təcrübəsi haqqında

Qənnadı məmulatlar sexinin açılışı fikrinə mən dərhal gəlmədim. İlk dəfə olaraq, Novosibirskə mən 1992 ci ildə yerli Universitetdə rus dilini öyrənən qardaşım Bredin yanına qonaq gəldim. O zama mənim qardaşım məni yerli biznesmenlər ilə tanış etdi və onlardan biri ilə mən Rusiyada müxtəlif Ford modellərinin satışı ilə məşğul oldum. Bu biznes təxminən bir il mövcud oldu, lakin bu müddət ərzində mən yaxşı pul qazana bildim. Bu vəsaitin müqabilində mən Novosibirskdə amerika mallarının ilk supermarketini açmağı qərara aldım, lakinn mürəkkəb logistika nəticəsində layihəni tezliklə bağlamaq lazım gəldi.

Tezliklə mən yenidən Amerikaya qayıtdım, lakin o zaman da Rusiyada biznesin inkişafı haqqında fikirlər məni tərk etməmişdi – mən inkişaf üçün gözlənilməz imkanlar görürdüm. Novosibirskə qayıdan zaman mən şəhərdə amerika piseriyasını açmaq barəsində düşündüm. O zaman şəhərdə xüsusi seçim yox idi, əsasən bazar konsepsiyasız şübhəli layihələr ilə dolu idi. Mən öz yeni layihəmi New York Pizzа adlandırdım, və birinci pisseriya Novosibirskdə 1996 cı ildə açıldı və şəhərin qonaqları ilə sakinləri arasında böyük uğura malik idi. Şirkət tədricən böyüməyə başladı – və bir neçə il ərzində restoran şəbəkəsinə çevrildi.

 

«Kuzina» qənnadı məmulatlar sexinin işə salınması və onun sistemdə yerinin axtarışı

 

2000-ci illərin əvvəllərində, ticarət mərkəzinsə növbəti pisseriyanı açaraq, belə bir qənaətə gəldim ki, rusiyalıların amerika mətbəxinə qarşı marağı getdikcə soyuyur. Həmin dövrdə mən artıq evli idim. Mənim həyat yoldaşım Olqa Novosibirskdən olsa da, biz onunla Minneapolisdə tanış olmuşuq və o orada mübadilə proqramı üzrə təlim keçirdi. Olqa məni rus mətbəxi ilə tanış etdi və müəyyən anda mən praktiki olaraq boşluğu aşkar etdim – bu boşluq yeməkxanalar idi. Sovet yeməkxanaları çoxdan bağlanmışdır, yeni müəssisələr isə meydana çıxmağa macal tapmamışdır. Biz risk etmişik. Birinci «Kuzina» qənnadı məmulatlar sexi free-flow formatında Novosibirskdə 2004 cü ildə açılmışdır.

Biz planlaşdırmışıq ki, bu müəssisədə insanlar əsasən yeməyi özləri ilə aparmalı və ya elə oradaca tez qəlyanaltı etməli idilər, lakin maraqlı dizayn qurduğumuz üçün qonaqlar geriyə qalmağa başlamışdırlar. Bu yer onların xoşuna gəlmişdir və biz tez bir vaxtda beş kafeni işə saldıq. 2008 ci ildə müxtəlif səbəblər üzündən müəssisəni bağlamaq lazım gəldi, o cümlədən də, müəssisənin sahəsi 200−300 kvadrat metrdən artıq idi, çünki, o, yeməyin hazırlanması üçün böyük mətbəx kimi fəaliyyət göstərirdi. Yekun nəticədə, biz anladıq ki, bu cür format sonrakı inkişaf üçün bizə təmamilə yaramır. Belə ki, biz bir neçə il ərzində fasiləyə yol verdik.

Vektorun əvəzlənməsi

Yerli qənnadı məmulatları sexlərindən birində mən hər zaman “Qaymaqlı çiyələk” tortu alırdım və o əksər hallarda tapılmırdı. Mən hər zaman buna təəccüb edirdim, belə ki, amerika standartları üçün hər hansı bir məhsulun yoxluğu — münasib deyildir. Biz artıq yeməkxanalarda tortları istehsal edirdik, qənnadı məmulatlar sexini açmışdıq və orada bişmələri hazırlayırdıq.

«Biz qənnadı məmulatları hazırlayan şefi cəlb etdik – həmin anda bu sovet qənnadı işində təcrübəyə malik olan qadın idi. İndiyə qədər bu sonsuz dequstasiyaları xatırlayırıq – biz avropa reseptlərini yerli inqridiyentlərə uyğunlaşdırmağa cəhd göstərirdik. O zaman «Praqa» tortu və ya «Kartoşka» pirojnası standart tarixi idi və biz artıq şəhərə yeni məhsul təqdim etmək istəyirdik. Bizim məhsulumuz tədricən riteylin yanında tələbata malik oldu və bir vaxt biz xüsusi firmalı qənnadı mağazasının yaradılması haqqında düşünməyə başladıq. Beləliklə də, yeni formatda Kuzina meydana çıxdı», — deyə şəbəkənin idarəçi tərəfdaşı Yevgeniya Qolovkova xatırlayır.

Biz Novosibirskdə ilk qənnadı sex olduq və ən münasib qiymətə ev reseptinə əsasən bişirilmiş təzə tortları, bişmələri və qəhvəni təklif etdik. Belə məlum oldu ki, məhz bazar bu cür formata ehtiyac duyurdu — insanlara daxil olaraq desertlə qəhvə içəcəkləri yer lazım imiş. Ümumilikdə, bazara nəzər salaraq, insanlara hər zaman tələsik içilən qəhvələrin və mürəkkəb yeməklərin lazım olmadığnı görürük, insanlar əsasən layiqli məhsula, münasib qiymətlərə, aydın porsiyalara və keyfiyyətli inqridiyentlərə ehtiyac duyurlar. Məhz bu cür mövqeyi mən qənnadı məmulatlar üçün də seçmişəm – buraya hər kəs gələ bilər, bu rayondakı kafedir və bu məkanda hər kəs özünü kifayət qədər sərbəst hiss edə bilər. Məkan aşmaq üçün lokasiyalar kimi həm şəhər mərkəzini, həm də, keyfiyyətli müəssisələrin lazım olmadığı ucqar rayonları seçirik.

Şəbəkə şirkətlərinin Novosibirsk bazarında yaxşı qiymət və keyfiyyət təklifi praktiki olaraq yoxluq təşkil edir. Əlbəttə, yeni oyunçular meydana çıxır və hətta kiçik şəbəkələr yaradırlar. Lakin, hər kəs yeni nəsə etməyə çalışır. Biz kütləvi seqmentə arxayınıq və hər hansı bir ekslkülzivliyə iddia etmirik.

Moskvaya ekspansiya haqqında

2015 ci ildə biz, şəbəkəni paytaxt bazarına çıxarmışıq. Moskvada vəziyyət sözsüz olaraq fərqlidir. Burada bazarda uzun illər fəaliyyət göstərmiş dərhal bir neçə iri şəbəkə oyunçuları iştirak edir. Buna müvafiq olaraq da rəqabət yüksəkdir. Lakin bazara çıxış zamanı biz elə güman edirdik ki, Moskva – iritutumlu bazardır və bu bazarda hər kəsə yer olacaqdır, çünki, bizim kateqoriyadan yuxarı qiymət kateqoriyasında işləyən bütün şirkətlər əsasən Sadovoye kolso rayonunun hüdudları daxilində yerləşir, ucqar rayonlara isə böyük diqqət göstərilməmişdir.

Müəssisəmizi Moskvadan açmazdan əvvəl biz təxminən bir il bazarı öyrəndik. Axı biz nəinki qənnadı sexləri açmalı, eləcə də, mağazalarımızı məhsulumuz ilə təmin edəcək şəxsi istehsalımızı qurmalıydıq. Bizim Moskvadakı istehsalımız bir o qədər də böyük deyildir — təxminən 400 kvadrat metrə təşkil edir və 15–20 ticarət məntəqəsi üçün nəzərdə tutulmuşdur. Novosibirskdə istehsal sahəsində 100 nəfər, Moskvada isə təxminən 30 nəfər çalışır. İstehsalın açılmasına qoyulan investisiyalar ən azı 20 milyon rubl təşkil edir.

Bizim üçün yeni olan moskva bazarına çıxış zamanı peşəkar komandanı yaratmaq üçün biz, Novosibirskdən peşəkarların daxil olduqları və bizimlə uzun illər çalışan komandanı paytaxta göndərdik — onlar moskvadakı həmkarlarına bizim standartları təlim əsnasında öyrətdilər.

Şəxsi istehsal məhsulun həcminə və keyfiyyətinə nəzarət etməyə icazə verir, lakin bu zaman onun yaradılması üçün layiqli hazırlığı tələb edir. Biz moskva tıxaclarından və yüklənmiş nəqliyyat şəbəkələrindən yan ötərək bizim qənnadı sexlərimizə məhsulu rahat tədarük etmək məqsədilə uzun müddət meydança axtardıq; personalın asanlıqla təyinat yerinə çatması üçün o metronun yaxınlığında yerləşməli idi. Bütün bunlardan savayı, biz NASSR standartı ilə işləyirik, buna görə də, meydança onlara uyğun olmalıdır.

«Bizim mənimsədiyimiz ən vacib dərs — əgər qənnadı sexlərin işə salınması xüsusi istehsalın – həm investisiyalara, həm də, əməliyyat və komanda resurslarına görə həcmli prosesin yaradılmasını nəzərdə tutursa, o zaman onun mənimsənilməsinə investisiya qoymadan moskva bazarına çıxmaq lazım deyildir. Biz şəxsi istehsalın işə salınmasına dair əməliyyat xərclərini qiymətləndirməmişik və belə güman olunur ki, biz, məsələn, altay balı kimi inqridiyentlərin tədarükünü qaydaya salmağı güman edirdik, lakin məhz bu xammal lazımi həcmdə Moskva tədarükçülərində olmamışdır. İndi bunu deyə bilərəm: hər hansı bir müəssisəni işə salmazdan əvvəl şirkətin inkişafı və yeni ticarət məntəqələrinin planlı şəkildə açılmasını təmin edən strateji investoru tapmaq daha yaxşıdır», — Yevgeniy Qolovkov deyir.

 

Qonaqların seçimi haqqında

 

Novosibirskdə satışlarımızın xiti — «Sinnamen» darçını ilə firma bulkası olub, biz gün ərzində təxminən 5 min sayda malı satırıq. Moskvada isə təbii qaymaqlı eklerlər və avropa desertləri daha populyar olmuşdur, məsələn, «Kerrot» — ənənəvi yerkökü tortudur. Maraqlı məsələdir ki, Novosibirskdə ən populyar tort – “Koketka” ballı tortudur. Regional seçimin bu cür xüsusiyyətləri yaxınlıqda Altayın olması və hamının balı sevməsi ilə əlaqədardır. Moskvada o bir o qədər də populyar deyildir. Hələ, biz Moskvada müəssisəni açan zaman bizə demişdirlər ki, insanlar burada artıq yeni original dada vərdiş etmişik və artıq onlar sovet dövrünün “Kartoşka” pirojnalarını və ya çalınmış qaymaqlı və meyvəli sadə zənbilləri almayacaqlar. Lakin məlum olduğu kimi, biz onları boş yerə tətbiq etməmişik — moskvalılar onları çox sevirlər.

Investisiyalar haqqında

Moskvada ən birinci obyektimiz “Aeroport” metrosunun ərazisində açılmışdır və o kifayət qədər formatsız olub – burada biz enmə zolağı inşa edərək, biz qədər mağazanın abu – havasından kənara çıxmışıq. İndi, Moskvadakı lokasiyalara nəzər salan zaman bunu böyük ehtiyatla edirik, çünki, bəzən icarə stavkaları həddən artıq yüksək olur və gəlir hissəsi ilə ölçülmür. Hər zaman belə bir seçim etmək lazımdır – sən küncdə - bucaqda dayanmağa, yoxsa əsas küçə ilə hərəkət etməyə üstünlük verirsən.

Orta hesabla mağazanın açılışına sərf olunan məbləğ təxminən 5 milyon rubl təşkil edir. Bu model üç il ərzində ödənir. Lider olduğumuz Novosibirskdə bazar inkişaf etməmişdir və biz adətən, investisiyaları daha tez – il yarım – iki il ərzində qaytarırıq. Moskvada investisiyalar daha yüksək məbləğdə - vəsaitlərin qaytarılmasının üçillik müddəti ərzində 5,5−6 milyon təşkil edir.

ABŞ bazarına çıxış

Ötən il mən, ABŞ – nın Minneapolis şəhərində ilk “Kuzina” obyektini açdım. Bu fikir həmişə beynimə hakim kəsilmişdi, lakin bir neçə il bundan əvvəl mən bazarı ətraflı şəkildə öyrənməyə başladım. Əlbəttə, yerli bazar, təmamilə fərqli şəkildə qurulmuşdur. Amerikada şəhərlər fərqli prinsip əsasında yaradılır: bütün ticarət, restoran infrastrukturu insanların yaşayış məntəqəsindən kənarda qurulmuşdur, lakin bunun müsbət cəhəti ondan ibarətdir ki, insanlar həmin restoranlara səhər yeməyi yemək və nahar etmək üçün səfər edirdilər və bu yerlər böyük insan trafikini cəlb edir. Yekun nəticədə mən artıq 40 ildən artıq müddətə mövcud olan layihəni tapdım — Baker'sWife qənnadı – çörəkxana sexinin sahibi təqaüdə çıxmağı qərara aldı. Mən çörəkxananı satın aldım və bu müəssisənin statistik göstəricilərinə nəzər salmaqla, burada biznesin necə işlədiyini gördüm. Nəticədə daha bir obyekt alıb, orada Kuzina müəssisəsini açdım. Bu obyekti açmaq isə 5.5 milyon rubl məbləğində pul vəsaitinə başa gəldi. Böyük məbləğdə pul vəsaiti isə təmir işlərinə və avadanlığın alınmasına sərf olundu.

Mən əminəm ki, Kuzina konsepsiyası istənilən ölkədə keçərli olacaqdır və buna görə də, bizim ABŞ – da qənnadı sex açmaq kimi uzunmüddətli məqsədimiz mövcuddur. Rəqabət böyükdür, və lokasiya həlledici amildir. Biznesin uğurlu strategiyası — bu ərazidə qənnadı sexinin açılması olub, buraya artıq neçə ildir ki, insanlar gedib – gəlirlər və bu yolla Starbucks və qəhvə bazarının digər oyunçuları gedir.

Françayzinqin işə salınması və sonrakı planlar

Bu brendin mövcud olduğu 15 il ərzində biz yaxşı temp yığdıq və müstəsna olaraq öz idarəetməmiz altında qənnadı sexləri açdıq. Lakin bu il biz franşizlər bazarına çıxmaqla bağlı qərar qəbul etdik. Bizim fikrimizcə, franşaqzinq —federal şirkət üçün daha sürətli ekspansiya yoludur.

Franşizanı almağa qərar vermək françayzerə etimad etmək və onun standartlarına inanmaq deməkdir. Şəxsi yaradıcı ideyalarını realizə olunmasını vacib hesab edən sahibkarlar mövcuddur və onlar qaydalara riayət etməkdə, franşayzerlər isə onları bu qaydaları riayət etməyə motivasiya etməkdə çətinlik çəkəcəklər. Standart — bütün şəbəkədə yeganə olub — nəzarət olunası və paylanışılası dəyərdir. Bizə elə gəlir ki, ən mürəkkəb məsələ də məhz bundan ibarətdir.

Potensial tərəfdaşlar – françayzlar kimi biz qonaqpərvərlik və ictimai iaşə sahəsi ilə məşğul olan, eləcə də, bir il ərzində ən azı üç mağazaların – qənnadı məmulatları sexinin açılması üçün kifayət qədər investisiyalara malik olan təcrübəli sahibkarları nəzərdən keçiririk. Siz franşizanı alan zaman sevdiyiniz biznesi seçməlisiniz. Əgər piseriya franşizasını alan insan, vegetarian heç bir zaman pepperoni pissasının dadına baxmırsa, o zaman o heç bir zaman yaxşı tərəfdaş ola bilməz. O, məhsulun keyfiyyətinə nəzarət edə bilməz və sizin qədər onun qayğısına qala bilməz. Franşizanı mütəmadi əsaslar ilə idarə etmək lazımdır.

İndi bizim Novosibirskdə 29, Minneapolisdə bir və Moskvada yeddi qənnadı seximiz fəaliyyət göstərir. Yaxın gələcəkdə dinamik inkişafı davam etdirməyi və Moskvada və Moskva vilayətində yeni ticarət məntəqələrinin açılmasına diqqət yetirməyi planlaşdırırıq. 2017 ci il ərzində şirkətin gəliri 634 137 515 rubl təşkil etmişdir və biz əldə olunan nauliyyətlər üzərində dayanmağa çalışmırıq.

Yeni sahibkarlara tövsiyyələr

İcarə məsələsində isə hər zaman sualtı daşlara rast gəlinir və buna görə də, bütün riskləri diqqətlə öyrənin. «Məsələn, biz “Sokol” metrosu yaxınlığında əla piyada və vtomobil trafiki ilə münasib obyekt tapmışıq, lakin iki həftədən sonra aydın oldu ki, bu bina söküləcəkdir, hərçənd icarədar bu barədə susmağa üstünlük vermişdi. Biz bu məlumatı Moskva tikinti və şəhərsalma siyasətinin Kompleksi saytında oxuduq. Buna əlavə olaraq əmin olmaq üçün rayon yerli özünüidarəetmə və hakimiyyət orqanlarına yazılı sorğu göndərdik. Belə düşünürük ki, icarədarın belə bir planı olmuşdur — daha tez müqavilə bağlamaq, behi almaq, daha sonra bu pulları uzun müddətə qaytarmaq. Bizim hüquqşünas bu binanın söküləcəyini aşkar etdiyi halda biz bütün obyektləri yoxlamağa başladıq», — deyə Yevgeniya Qolovkova qeyd etdi.

Həmçinin franşizanın alışı ilə bağlı yeni sahibkarlara tövsiyyə vermək istərdim. Sizin səhv edərək işləməyən biznesin franşizasını almağınız böyük riskdir. Franşiza satan çoxlu sayda şirkətlərin bazarında qaydaya salınmış proseslər mövcud deyildir. Buna görə də, qərar qəbul etməzdən əvvəl hər şeyi ətraflı öyrənmək, biznesin yerləşdiyi yerə baş çəkmək, biznesin fəaliyyətinə nəzarət etmək, şirkətin xüsusi ticarət nöqtələrində işin necə təşkil olunduğunu anlamaq lazımdır. Modelin həqiqətən də, işləməsinə əmin olmaq lazımdır. Dəstəyin necə həyata keçiriləcəyinə, şirkətin tərəfdaşına nə ilə kömək etdiyinə, proseslərin necə standartlaşdırılmasına, personalın təliminin necə baş verdiyinə, biznesin açılmasının necə işə salınmasına diqqət yetirmək vacibdir.

Belə hesab edirəm ki, şirkətdə franşizanın satışına start verilməzdən əvvəl mütləq statistikaya nəzər salmaq lazımdır və siz öyrənmək üçün bu məlumatları tələb etməlisiniz. Bir qayda olaraq, iqtisadi model üçillik müddətə tərtib olunur və bu zaman satışların, xərclərin, əməliyyat gəlirinin real dinamikasını və digər məlumatları nəzərdən keçirmək mümkündür. Müxtəlif lokalizasiyalar müxtəlif nəticələr verir və buna görə də, minimum 5 müəssisələr nəticə ilə bağlı az da olsa və ya dəqiq onyektiv göstərici təqdim edəcəkdir.